Mikayıl Müşfiqin heykəli sökülməsinin təfərrüatı - ŞOK AÇIQLAMA

Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov şair Mikayıl Müşfiqin Bakının İnşaatçılar prospektində, “Statistika dairəsi” adlanan ərazidə yerləşən heykəlinin necə söküldüyünü danışıb. Zakir Sultanov APA-ya müsahibəsində deyib ki, Müşfiqin heykəlinin sökülməsindən bir həftə əvvəl “Azəravtoyol” Səhmdar Cəmiyyətindən ona zəng vurublar. Bildiriblər ki, Müşfiqin heykəlini sökmək istəyirlər, nazirlik bu barədə nə fikirləşir: “Dedilər, bir çox dövlət orqanları ilə razılaşdırmışıq, sizinlə də razılaşdırmalıyıq. Mən dedim, əvvəla, siz birinci bizimlə razılaşdırandan sonra başqa dövlət orqanları ilə danışa bilərdiniz. Nə mənim rəhbərim Əbülfəs Qarayev, nə də mən buna razı ola bilmərik. Yəni qəti etiraz edirik, heykələ toxunmayın.
Əgər çox vacibdirsə, layihəni göndərin, baxaq, ölkə rəhbərliyinə göstərək, memarlarla müzakirələr aparaq, sonra çözüm yolu tapaq. Dedilər, yaxşı. Söhbət bitdi. Fevralın 27-də səhər bizim müfəttişliyin rəisi Etibar Axundov zəng vurdu ki, Müşfiqin abidəsini dağıdıblar”.
Zakir Sultanov bildirib ki, nazirliyin müfəttişləri dərhal heykəlin sökülməsini yerində aktlaşdırıb, şəkillərini ona göndəriblər: “Əvvəlcə nazir Əbülfəs Qarayevə məlumat verdim. Daha sonra “Azəravtoyol”un rəhbəri ilə danışdım. Mənə dedi ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla məsələni razılaşdırıb, sərəncamı var. Mən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevlə danışmışdım, gördüm, məsələdən xəbəri yoxdur. Hacıbala müəllimlə telefonla danışdım, məlum oldu ki, heykəlin götürülməsindən onun da xəbəri yoxdur. Hacıbala müəllimə müraciət olunub, amma o razılıq verməyib”, - Zakir Nuriyev deyib.
Dövlət Xidmətinin rəisi bildirib ki, həmin vaxt artıq məsələ mətbuata çıxmışdı və müzakirələr aparılırdı. Onun sözlərinə görə, məsələyə ən doğru qiyməti cənab prezidentimiz verdi.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










