Mikroavtobus "Mercedes"lə toqquşdu: sürücülər öldü, 12 yaralı - FOTO

İmişli rayonu ərazisində ağır yol qəzası baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Xəlfəli və Qulubəyli kəndlərini birləşdirən avtomobil yolunda qeydə alınıb. Hadisə “Ford Tranzit” markalı mikroavtobusla “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində baş verib. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsini idarə edən sürücülər ölüb. Onlardan birinin şəxsiyyəti müəyyən olub - Beyləqan rayon sakini 1967-ci il təvəllüdlü Vəliyev Məhəmməd Bəylər oğlu. Mikroavtobusda olan 12 sərnişinin xəsarət aldığı bildirilir.
***
İmişli rayonu ərazisində “Ford Tranzit” markalı mikroavtobusla “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində xəsarət alan 12 sərnişindən 5-i xəstəxanaya yerləşdirilib. İmişli rayon mərkəzi xəstəxanasından APA-nın yerli bürosuna verilən xəbərə görə, müxtəlif travma və sınıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən yaralılara tibbi yardım göstərilib, onların vəziyyəti orta-ağırdır.
1) Paşayeva Sveta İlham qızı (1961-ci il)
2) Qədimova Sümayıl Vəli qızı (1996-cı il)
3) Abbasova Rəna Məhərrəm qızı (1981-ci il)
4) Xəmmədova Könül Məhərrəm qızı (1986-cı il)
5) Hüseynov Əli Nurəddin oğlu (1990-cı il)
Digər xəsarət alan sərnişinlər, zədələri yüngül oduğundan, ambulator yardımdan sonra evə buraxılıblar.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF

















