Millət vəkili avtoqəzada həlak olmuş keçmiş deputatın ailəsini ziyarət etdi - FOTO

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev 2013-cü ilin mart ayında Balakən ərazisində baş vermiş avto qəzada faciəli şəkildə dünyasını dəyişən 110 saylı Zaqatala seçki dairəsinin keçmiş deputatı Hikmət Atayevin ailəsinə baş çəkib. Millət vəkili facebook səhifəsində foto paylaşaraq öz təəssüratlarını bu cür bölüşüb: “Gözəl həkim, yaxşı insan, dəyərli ziyalı…Bu günə qədər hamı Zaqatalada Hikmət müəllimi belə xatırlayır. Çünki bütün şüurlu fəaliyyəti boyunca insanların köməyinə çatıb, bacardığı qədər özünü dövlətə və dövlətçiliyə həsr edib, ziyansız, zəhmətkeş, alicənab biri olub. Evinə qəfil getdik. Qapını həyat yoldaşı açdı. Kiçik oğlu da yanında. Xanım işdən yeni gəlmişdi. Bir az da yorğun idi. Amma sevindi. Lap çox sevindi. Dərhal çay sürfrəsi açıb, mehribanca söhbətə başladı. Özünün məktəbdəki işindən, Bakıda yaşayan qızlarından, Tibb Universitetində oxuyan oğlundan, sonbeşiyindən və… bu xoşbəxt ailəni bir an içində sarsıdan o qorxunc faciədən danışdı. Dərhal da gözləri doldu…
Mən o ailəyə təsəlli verə bilmədim. Zatən mümkün olan bir şey deyil. Amma özümə verdim həmin təsəllini. İçim rahatladı, üzərimdən sanki böyük bir yük götürüldü, elə bil o evdən, Hikmət müəllimin ruhundan mənəvi halallığı alıb çıxdım.
Qədər dediyin buymuş. Gerçəkdən. Aqibət ünvanımız yalnızca Tanrıya məlum.
O Tanrının dərgahında yerin behişt olsun, əziz insan!”.
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT










