Millət vəkili AZAL-ə sərt tənqid etdi - "Cahangir Əsgərova çatmır"

Millət vəkili Çingiz Qənizadə Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) şikayətlənib. Avtosfer.az xəbər verir ki, bu barədə Ç.Qənizədə parlamentdə çıxışında deyib ki, bu günlərdə Bakıdan İstanbula AZAL-ın təyyarəsi ilə uçub: "Həmin vaxt təyyarənin "biznes-klass" sinfində 20 yerin 15 yeri boş olub. İstanbuldan Bakıya qayıdanda xahiş etdim ki, mənə ön tərəfdə yer verilsin. AZAL-ın nümayəndəsi isə dedi ki, qabaq yer və geniş yer üçün əlavə olaraq 30 dollar ödənilməlidir. AZAL-ın bu qaydanı tətbiq etməsinə görə təyyarədə qabaq yerlər boş qalır. AZAL-ın nümayəndələri Türkiyədə özləri bizə yaxınlaşdılar və dedilər ki, rəhbərliyin təlimatı ilə belə qayda tətbiq olunub, buna görə yerlər boş qalır. Ona görə, onlar özləri məndən bu məsələni qaldırmağı xahiş etdilər. Azərbaycana turizmin inkişaf etdirilməsini istəyiriksə, belə hallar olmamalıdır. Bu biabırçılıqdır. Hətta mən xarici vətəndaş olsam bir də AZAL-la uçmaram. Türkiyədə dedilər ki, bu göstəriş Bakıdan gəlib. Biz də heç nə edə bilmərik, amma hər gün bununla bağlı nə qədər narazılıqlar olur. Xahiş etdilər ki, bu problemi qaldırım. 360 dollardan ötrü dilənçilik edirlər. Mən səsimi çıxartmasaydım, bu pul ödənilməli idi. Axı mən biznes-klass üçün əvvəlcədən bilet almışam. Necə yəni sonradan 30 dollar əlavə ödəməliyəm?”
Spiker Oqtay Əsədov isə deputatın qaldırdığı məsələyə bu cür reaksiya verib: "Çıxış etmək əvəzinə gəlib bu məsələni mənə təklikdə də deyə bilərdin".
Deputat isə bildirib ki, burada danışmaq daha yaxşıdır: "Ola bilər ki, dediklərimiz Cahangir Əsgərova çatmır".
Elməddin
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












