Millət vəkili AZAL-ı tənqid etdi - “Bilmək olmur nə danışır”

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətindən (AZAL) şikayətçidir. Avtosfer.az xəbər verir ki, bu haqda danışan deputat sərnişini olduğu AZAL təyyarəsində bələdçilərin Azərbaycan dilinə hörmətsizliklə yanaşdığını vurğulayıb: “AZAL-ın bələdçisinin danışığında nə intonasiya, nə də vurğu var idi. Ümumiyyətlə, bilmək olmurdu ki, o nə danışır. Bu cür danışıqla Azərbaycana ilk dəfə gələn xarici ölkə vətəndaşında dilimiz barədə hansı təsəvvür yarana bilər?!”.
Ə.Amaşov AZAL-a “Bakı Metropoliteni”nin təcrübəsindən yararlanmağı məsləhət görüb: “Şirkət ya öz dilimizdə danışıq səviyyəsi yüksək olan şəxsləri işə götürməlidir, ya da ən azı “Bakı Metropoliteni”nindəki metoddan - səs yazısından istifadə etməlidir. Mən azərbaycanlı ola-ola, öz dilimi bilə-bilə bələdçinin nə danışdığını çox çətinliklə anlayırdım. Dövlətimiz müstəqillik əldə etdikdən sonra Azərbaycan dilinin saflığı, inkişafı ilə bağlı 30-a yaxın qanun, sərəncam, normativ qəbul olunub. Məqsəd Azərbaycan dilinin daha da inkişaf etdirilməsi və dilin tələblərinə sayğı ilə yanaşılmasıdır.
İstəyim budur ki, AZAL kimi təşkilatlarda Azərbaycan dilinin saflığından doğan tələblərinə, qaydalarına əməl etsinlər. Ya AZAL-da bunu bilmirlər, ya da əməl etmək istəmirlər. Hesab edirəm ki, hər bir vətəndaş, milli hissi zəif olsa belə, Azərbaycan dilini bilməsə belə, dövlət dilinin tələblərinə hörmət etməlidir”.
Elməddin
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












