Millət vəkili Çingiz Qənizadə Bosniya və Hersoqovinada rəsmi görüşlərə başladı

Fevralın 22-də Bosniya və Hersoqovinanın paytaxtı Sarayevo şəhərində Azərbaycan-Bosniya və Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin görüşü keçirilib. Görüş Bosniya və Hersoqovina parlamentində baş tutub. Görüşdə Azərbaycan-Bosniya və Herseqovina əlaqələr üzrə işçi qrupunun rəhbəri Çingiz Qənizadə, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov, Parlament Jurnalistləri Birliyinin sədri, “Böyüməyən uşaqlar” kitabının müəllifi Elşad Eyvazlı, Bosniya və Hersoqovina Parlament Assambleyasındakı hər iki Palata rəhbərliyi, Bosniya və Hersoqovina Parlament Assembleyasındakı Azərbaycanla Dostluq qrupunun üzvləri – Xalqlar Palatasının spikeri Ognjen Tadic, Xalqlar Palatasının spikerinin birinci müavini Safet Softiç, Nümayəndələr Palatasının spikerinin müavini Şefik Djaferoviç iştirak ediblər.
Görüşdə çıxış edən millət vəkili Çingiz Qənizadə iki ölkə arasındakı iqtisadi, siyasi əlaqələri genişləndirmək və bu sahədə parlamentin üzərinə düşən bütün vəzifələri icra etməyə hazır olduqlarını bildirib.
Qənizadə eyni zamanda 26 fevral 2013-cü ildə Bosniya və Hersoqovina parlamenti tərəfindən Azərbaycanın ərazi bütövlüyünün qorunması və Xocalı faciəsi ilə bağlı qəbul etdiyi qətnaməyə görə də minnətdarlığını bildirib.
Azərbaycan-Bosniya və Hersoqovina əlaqələr üzrə işçi qrupunun rəhbəri həmçinin, Xocalı soyqırımı zamanı hər iki valideyni qətlə yetirilmiş “25”lərdən iki nəfərin (Səbinə Məhərrəmova və Murad Hüseynovun) hazırda Bosniya və Hersoqovinada səfərdə olduğunu və bu uşaqların taleyindən bəhs edən “Böyüməyən uşaqlar” kitabının təqdimatının keçiriləcəyini diqqətə çatdırıb.
Görüşdə iki ölkə arasındakı dostluq münasibətləri və bundan sonra bu əlaqələrin daha yüksək səviyyədə inkişaf etdirilməsi, eyni zamanda əlaqələrin gücləndirilməsi üçün qarşılıqlı səfərlərin təşkil edilməsinin vacibliyi vurğulanıb.
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB














