Millət vəkili polislərin müdafiəsinə qalxdı

"Polis qanunvericiliklə ona verilmiş səlahiyyətlərinə uyğun olaraq hüquqi məsuliyyət növlərini tətbiq edən hüquq-mühafizə orqanıdır, yəni cəzalandırıcı funksiyaya malikdir və qanunvericiliyə uyğun olaraq, öz vəzifəsini yerinə yetirən zaman vətəndaşlar da qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Əgər polis işçisi qanunun tələblərini pozursa, onda vətəndaş bu barədə müvafiq qurumlara şikayət edə bilər. Polisə müqavimət göstərmək, xəsarət yetirmək tamamilə yolverilməzdir".
Avtosfer.az xəbər verir ki, bu barədə milli.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev son vaxtlar yol hərəkəti qaydalarının pozulması zamanı polis əməkdaşları ilə bəzi vətəndaşlar arasında baş verən xoşagəlməz hallarla bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, respublikanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunvericiliklə onlara verilmiş səlahiyyətlərə uyğun olaraq, hər il vətəndaşlar tərəfindən yol verilən müxtəlif inzibati xətalara görə yüz minlərlə protokol tərtib olunur və demək olar ki, bu zaman polis-vətəndaş münasibətlərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır.
R.Əliyev qeyd edib ki, kütəvi informasiya vasitələri belə məsələlər barədə məlumat verərkən çox diqqətli olmalıdırlar: "Məsələni tam araşdırmadan hadisələrin qeyri-dəqiq məlumatlara əsasən cəmiyyətə çatdırılması düzgün sayıla bilməz. Daxili işlər orqanlarında çalışan polis əməkdaşlarının həyata keçirdikləri müvafiq tədbirlər nəticəsində respublikamızda ictimai asayiş etibarlı surətdə qorunur, ölkəmizdə sabitlik hökm sürür. Bu sabitliyin qorunub saxlanılması üçün vətəndaşlarımız tərəfindən cəmiyyətimizdə mövcud olan bütün qanunların tələblərinə əməl olunmalı və yol verilən hüquq pozğuntularına ancaq qanunvericilik çərçivəsində baxılmalıdır".
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA












