Millət vəkilinin ailəsindəki faciənin təfərrüatı bilindi

Millət vəkili, professor Musa Qasımlının bacısı qızı Xalidə Rzayevanın öldüyü qəzanın bəzi təfərrüatları məlum olub. Avtosfer.az bakupost.az-a istinadən xəbər verir ki, Sumqayıt şəhəri ərazisində Qubadlı rayon sakini Orxan Həziyevin idarə etdiyi “Mercedes” markalı avtomobillə törətdiyi qəza zamanı 4 piyada vurulub. Vurulan 2 qadın hadisə yerindəcə keçinib, 2 kişi isə ağır bədən xəsarətləri alıb. Hadisə şahidlərinin sözlərinə görə, vəfat edən Xalidə Rzayeva və Sahibə Səfərli qəza zamanı nəqliyyat vasitəsinin altında qalıb. Avtomobil onları 70-80 metr sürüyüb. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Qadınları xilas etmək mümkün olmasa da, vurulan digər 2 piyada xəstəxanaya çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Millət vəkilinin bacısı qızı X.Rzayevanın 52 yaşı varmış. O, işdən evə dönərkən bədbəxt hadisə ilə üzləşib.
Qeyd edək ki, hadisə oktyabrın 8-də, saat 20:00 radələrində qeydə alınıb.
Sumqayıt ŞPİ tərəfindən faktla bağlı araşdırma aparılır.
***
Millət vəkili, professor Musa Qasımlının ailəsinə ağır itki üz verib. Deputatın bacısı qızı Xalidə Mirzəyeva faciəli şəkildə vəfat edib. Onu yaşadığı Sumqayıt şəhərində avtomobil vurub.
Allah rəhmət eləsin!
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












