Milli Məclis son iclasına toplaşır

Bu gün Milli Məclisin 2017-ci ildə son plenar iclası keçiriləcək. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, iclasın əvvəlində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakiminin təyin edilməsi məsələsinə baxılacaq. Daha sonra "Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında" Milli Məclisinin 2002-ci il 15 noyabr tarixli Qərarında dəyişikliklər edilməsi müzakirə ediləcək. İclasda yeni hazırlanmış "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılacaq. Bundan əlavə, iclasda Azərbaycanla bir neçə ölkə arasında sənədlərin təsdiq edilməsi, "Bələdiyyələrin statusu haqqında", "Sahibkarlıq fəaliyyəti haqqında", "Turizm haqqında", "Yol hərəkəti haqqında" və digər qanunlara dəyişiklik edilməsi nəzərdə tutulur.
Ümumilikdə iclasın gündəliyinə 19 məsələ daxildir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












