Azərbaycanda deputatın həyətindən oğurluq edildi - Görün nə aparıblar - FOTO
Gündəm
11 Oktyabr 2021 11:51
Oxunub 622

Milli Məclisin deputatından oğurluq olub. Avtosfer.az-ın məlumatına görə, hadisə millət vəkili Elşad Mirbəşiroğlunun həyətində qeydə alınıb.
Oğurluq edən Kamil Cavadlı artıq polis tərəfindən saxlanılıb.
E.Mirbəşiroğlu məlumatı təsdiqləyib. O bildirib ki, evinin həyətindən velosiped oğurlanıb: “Həyətimdən velosiped oğurlanıb. Mən polisə müraciət etdim ki, sabah bu cür oğurluq geniş vüsət almasın”.
Qeyd edək ki, hazırda faktla bağlı araşdırma aparılır.
oxu.az
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













