Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı açıqlanıb

Azərbaycan Milli Məclisinin payız sessiyasının ilk plenar iclasının vaxtı məlum olub. “Report”un xəbərinə görə, plenar iclas oktyabrın 2-də keçiriləcək. Parlamentin Daxili Nizamnaməsinə əsasən, payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya həmin gündən sonra gələn ilk birinci iş günü öz işinə başlayır. İclasın gündəliyi tam hazır olmasa da, gündəliyə daxil ediləcək bəzi məsələlər məlum olub. Bunlar “Müdafiə haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Dövlət qulluğu haqqında”, “Əmək pensiyaları haqqında”, “Heyvanlar aləmi haqqında”, “Muzeylər haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Rəsmi statistika haqqında”, “Təhsil haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Yaşayış minimumu haqqında” qanunlarına əlavə və dəyişiklik layihələridir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












