Milli Məclisin plenar iclası başlayıb

Milli Məclisin növbəti plenar iclası başlayıb. “Report”un xəbərinə görə, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 24 məsələ daxildir. Bunlar "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında", "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında", "Dövlət qulluğu haqqında", "Yaşayış minimumu haqqında", "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Sosial sığorta haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Sosial müavinətlər haqqında", "Yaşıllıqların mühafizəsi haqqında", "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında", "Dövlət rüsumu haqqında" qanunlarına və "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"yə, o cümlədən Seçki, Cinayət, İnzibati Xətalar, Şəhərsalma və Tikinti, Ticarət Gəmiçiliyi məcəllələrinə dəyişiklik layihələridir. Bu dəyişikliklər texniki xarakterlidir.
Bundan başqa, deputatlar "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsini ikinci oxunuşda müzakirə edəcəklər. İclasda "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" qanun layihəsinə də baxılacaq.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












