Milli Qəhrəmanın həyat yoldaşı Prezidentə məktub yazdı

Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Həmidovun həyat yoldaşı Könül Həmidova Prezident İlham Əliyevə məktub ünvanlayıb.
Avtosfer.az “Yeni Sabah”a istinadən xəbər verir ki, o, məktubunda şəhid ailələrinə göstərilən davamlı diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq edib:
“Hörmətli cənab Prezident!
Mən Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Həmidovun həyat yoldaşıyam. Şəhid ailəsi olaraq bu məktubu Sizə yazmağı özümə mənəvi borc bildim.
İlk növbədə, şəhid və qazi ailələrinə göstərdiyiniz daim diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. Şəhid Şükür Həmidovun hələ sağlığında ikən ən ali adla - “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı ilə təltif olunması onun xidmətlərinə verilən yüksək dəyərin və Sizin şəhidlərimizə olan xüsusi ehtiramınızın bariz nümunəsidir.
Sizin müdrik və qətiyyətli siyasətiniz nəticəsində 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində qızıl hərflərlə yazıldı. Qarabağın azad olunması, ərazi bütövlüyümüzün bərpa edilməsi ölkəmizi bütün dünyada qalib dövlət kimi tanıtdı. Bu möhtəşəm Qələbə məhz Sizin güclü liderliyinizin və siyasi iradənizin nəticəsi idi”.
Milli Qəhrəmanın həyat yoldaşı məktubunda müharibədən sonra şəhid və qazi ailələrinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib:
“Müharibədən sonra şəhid və qazi ailələrinin mənzillə təmin olunması, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz tədbirlər cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Mən də bu qayğının nəticəsi olaraq mənzillə təmin olunmuşam. Buna görə Sizə bir daha səmimi təşəkkürümü bildirirəm.
Fəxr edirəm ki, belə bir qalib ölkənin vətəndaşıyam və Azərbaycanın Sizin kimi güclü, qətiyyətli və xalqına bağlı Prezidenti var”.
Xatırladaq ki, Həmidov Şükür Nəriman oğlu 1975-ci il aprelin 1-də Qubadlının Armudluq kəndində anadan olub. O, ailədə 10 uşaqdan biri olub. Ş.Həmidov 1990-1993-cü illərdə C.Naxçıvanski adına Hərbi liseydə təhsil alıb. 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda döyüşlərdə böyük şücaət göstərib.
Azərbaycan Prezidentinin 22 aprel 2016-cı il tarixli sərəncamı ilə Ş.Həmidov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Bundan əlavə, Lələtəpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə ona vaxtından əvvəl polkovnik hərbi rütbəsi verilib.
Vətən müharibəsində Ş.Həmidov Qubadlının bəzi kəndlərinin azad edilməsi əməliyyatlarında iştirak edib. O, 2020-ci il oktyabrın 22-də Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.
Ramazan ayının on dördüncü gününün duası - İmsak və iftar vaxtı
Şəbnəm Tovuzlu Avtosfer.az saytına hədə-qorxu gəldi - “Səhifənizi bağlatdıracam” - SƏS YAZISI – VİDEO
ABŞ-İsrail qüvvələrinin İrana hücumu qızılın qiymətini artıracaq - EKSPERT
Yol polisi magistral yoldakı radara aydınlıq gətirdi - VİDEO
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir - CƏDVƏL
Polad Həşimovun avtomobilinin görüntüləri yayıldı – İzləyiciləri duyğulandırıb - VİDEO
Xıdırlıda drenaj sistemi düzgün qurulmayıb, ev su altında qalır – ŞİKAYƏT - VİDEO
Elektron siqaretlərə görə cərimələr təsdiqləndi - SİYAHI
Müharibələr bəzən iqtisadiyyata təkan verən qüvvəyə çevrilir - NATİQ CƏFƏRLİ
Ramazan ayının on üçüncü gününün duası - İmsak və iftar vaxtı
"Ford"un elektromobillərində bu funksiya ödənişli olacaq – 850 manat - FOTO











