Banner

Milli Qəhrəmanın qızı dünyaya çağırış etdi - VİDEO

Gündəm 12 Noyabr 2020 13:38 Oxunub 1568
Milli Qəhrəmanın qızı dünyaya çağırış etdi   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün dünyaya özünü əzilmiş xalq kimi göstərməyə çalışan ermənilər Beynəlxalq aləmi çaşdırmaq yönündə addımlarını dayandırmır, əksinə Azərbaycan əleyhinə yeni yeni yalanlar uydurmaqda davam edirlər. Erməni yalanlarını ifşa etmək, Azərbaycanın haqq səsini ucaltmaq hər bir vətəndaşın borcudur.

"BakuPost" bildirir ki, bu dəfə dünyaya Azərbaycanın Mili qəhrəmanı, Şəhid polkovnik-leytenant Murad Mirzəyevin qızı Dəniz Mirzəyeva, Şəhid baş leytenant Mirzə Novruzovun qızı Nuray Novruzova, Şəhid polkovnik Vüqar Yusifovun qızı Aytən Yusifova, jurnalist Tural Müseyibovun övladları səslənib. Onlar Beynəlxalq aləmi Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi terrora göz yummamağa çağırıb.

İngilis dilində hazırlanan videoçarxda səslənən musiqinin müəllifi bəstəkar (İncəsənət üzrə Magistr, Avstriya Grats) Tahir İbişovdur. Videoçarx Azpromedia Şirkəti tərəfindən hazırlanıb.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh