Milyarder 600 milyona yaxta aldı – FOTO

Əslən özbək olan rusiyalı milyarder Alişer Usmanov dünyanın ən geniş, "tutumlu" yaxtasına yiyələnib. Almaniyadakı "Lurssen" yaxta istehsalçısının verdiyi məlumata görə, Usmanovun "Dilbar" adlı yeni yaxtasının su tutumu 15917 tondur.
Avtosfer.az xəbər verir ki, bu barədə milli.az Yacht Harbour-a istinadən bildirir ki, beləliklə, "Dilbar" Oman sultanı Kabus bin Səidə məxsus, 15850 tonluq "Al Said" və Birləşmiş Ərəb Əmirliklərinin şeyxi Xəlifə bin Zaid əl Nəhayyana məxsus 13136 tonluq "Azzam" yaxtalarını geridə qoyub.
Superlüks "Dilbar" yaxtasında yaşayış məkanının ümumi həcmi 3800 kvadratmetrdir. Dizaynı məşhur "Espen Oeino" bürosuna məxsus yaxtaya özbək milyarder Alişer Usmanov anası Dilbarın adını verib.
İnşası 4 il davam etmiş yaxtada dizel elektrostansiyası, 2 helikopter meydançası, kinoteatr, lift, cakuzilər var, habelə 180 kubmetrlik hovuz var.
Yaxtanın uzunluğu 156 metrdir. 40 sərnişin üçün nəzərdə tutulmuş "Dilbar"ın dəyəri 600 milyon dollardır.
Bu baxımdan "Dilbar" dünyanın ən uzun yaxtaları arasında 4-cü yeri tutur. Hazırda dünyanın ən uzun yaxtası 180,6 metrlik "Azzam"dır.
"Arsenal" futbol klubunun sahibi, Facebook sosial şəbəkəsinin səhmlərinin əhəmiyyətli qismini satın almış Alişer Usmanovun indiyədək istifadə etdiyi "Dilbar" adlı "köhnə" yaxtasının uzunluğu "cəmi" 115 metrdir. Köhnə "Dilbar"ın adı dəyişdirilərək "Ona" olub.
Dünyanın ən böyük, ən uzun yaxtaları:
1. Azzam
2. Eclipse
3. Dubai
4. Dilbar
5. Al Said
6. Topaz
7. Prince Abdulaziz
8. El Horriya
9. Sailing Yacht A
10. Yas



İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












