Milyarder-oliqarx Məmişovun 17 yaşlı oğlunun MAŞINLARI VƏ MODEL SEVGİLİSİ

Sankt-Peterburqdakı azərbaycanlı diasporunun lideri, milyarder-oliqarx Vaqif Məmişovun 17 yaşlı oğlu Rusiyanın maqazin mediasının ulduzuna çevrilir. Yeniyetmə Rasim Məmişov piterli model Polina Smirnova ilə sevgilidir və fotolarını özünün İnstagram səhifəsindən paylaşıb. Avtosfer.az xəbər verir ki, bu barədə life.ru yazır ki, 18 yaşlı Polina Smirnova bu yaxınlara qədər dizayner Ulyana Sergeyevnanın qardaşı Aleksandrla birlikdə idi. 2015-ci ilin sonlarında “Tatlet” jurnalı onları Moskvanın yeni elit cütlükləri siyahısına daxil etmişdi. Lakin bir il sonra cütlük ayrılıb. Əvəzində Polinanın həyatına azərbaycanlı milyarder-oliqarxın varisi Rasim Məmişov daxil olub.

Özünə inamlı, gələcəyindən tam arxayın gənc məmuniyyətlə özünün dəbdəbəli həyatından fotoları sosial şəbəkələrdə paylaşır. Məlum olur ki, digər oliqarx balaları kimi onu da bahalı əyləncələr və avtomobillər özünə cəlb edir. 11-ci sinif şagirdi olan Rasimin kolleksiyasında artıq “Chevrolet Tahoe”, “Mercedes Galendewagen” və ağ rəngli “Audi R8” sportkarı var. Rasimin sevgilisi də kasıb ailədən deyil.

Polina Smirnova “Regional mehmanxana biznesi” şirkətlər qrupunun rəhbərinin qızıdır. Gənclər elitar piter gimnaziyası “Alma-mater”də tanış olublar. Bu gimnaziyada aylıq təhsil haqqı təxminən 1100 dollardır. Polina Rasimdən bir yaş böyükdür və artıq tələbədir, Sankt-Peterburq Dövlət İqtisadiyyat Universitetində təhsil alır. Gənclər yay tətilinin bir qismini birlikdə keçiriblər.

İtaliyanın Milan şəhərində onlar görməli yerləri, elit butikləri gəziblər. İtaliyada istirahətdən sonra Polina Yunanıstana, valideyinlərinin yanına gedib, Rasim isə Bakıya qohumlarının yanına gəlib. Ancaq cəmi bir ay sonra onlar Monakoda yenidən bir araya gəliblər. Cütlük Monte-Karlonun ən yaxşı restoranlarında çəkdirdikləri şəkilləri paylaşıblar.//Virtualaz.org
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












