Minalanmış avtomobil partladıldı – 7 ölü

Misirin Sinay yarımadasının şimalında yerləşən Əl-Ariş şəhərində minalanmış avtomobil partladılıb. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə nəzarət-keçid məntəqəsi yaxınlığında baş verib. Məlumata əsasən, hərbçilər içərisində terrorçu-kamikadzelərin olduğu maşını saxlamaq istəyərkən atışma baş verib. Hərbçilər terrorçuların nəzarət-keçid məntəqəsinə daxil olmasının qarşısını alsa da, kamikadzelərdən biri avtomobildə olan partlayıcı qurğunu işə salıb. İnsident nəticəsində ətrafda olan 7 dinc sakin: 3 kişi, 2 qadın və 2 uşaq ölüb. Misir ordusu Sinay yarımadasının şimalında iki ilə yaxındır ki, ekstremist qruplaşmalara qarşı antiterror əməliyyatı həyata keçirir. Regionda son zamanlar terrorçuların hücumları nəticəsində yüzlərlə asayiş keşikçisi ölüb və yaxud xəsarət alıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












