Minalanmış avtomobili məhv edildi – VİDEO

İŞİD terror qruplaşmasının minalanmış avtomobili İraqın Mosul şəhərinin qərbində hərbçilərə hücum zamanı partladılaraq məhv edilib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, minalanmış avtomobilin məhv edilməsi görüntüsü “YouTube”a yerləşdirilib.
Videogörüntüdə avtomobilin sulu xəndəyə düşdüyü və bu zaman İraq hərbçiləri tərəfindən partladıldığı əks olunur. Partlayış zamanı neçə İŞİD silahlısının məhv edilməsi barədə hər hansı məlumat yoxdur.
Qeyd edək ki, Mosul şəhəri 2 ildən çoxdur İŞİD-in nəzarəti altındadır. Şəhərin terrorçulardan azad edilməsi məqsədilə quru əməliyyatı oktyabrın 17-də başlayıb.
Əməliyyatda İraq ordusu və könüllülər iştirak edir. ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri İraq hərbçilərinə havadan dəstək verir və terrorçuların mövqelərinə artilleriya zərbələri endirirlər.
Hazırda şəhərə hücum edən hərbçilərin sayı 100 min nəfərdən çoxdur. ABŞ kəşfiyyatının məlumatına görə, Mosulda onlara qarşı 5 minə yaxın silahlı müqavimət göstərir.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












