Mingəçevirdə 15 kiloqram marixuana satmaq istəyən şəxs saxlanılıb - FOTO

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinə bir nəfərin Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsinin sahilində külli miqdarda narkotik vasitə satacağı barədə əməliyyat məlumat daxil olub.
Dərhal idarənin əməkdaşlarından ibarət əməliyyat qrupu qeyd edilən ünvana yollanıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin yerdə narkotik vasitələrin satışında şübhəli bilinən Ağdaş rayon sakini İman Zamanov saxlanılaraq idarəyə gətirilib.
Saxlanılan şəxsin üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman ona məxsus çantadan külli miqdarda marixuana aşkar edilərək götürülüb. Ekspertiza həmin narkotik vasitənin ümumi çəkisinin 15 kiloqram 05 qram qurudulmuş marixuana olması barədə rəy verib.
İ.Zamanov ifadəsində marixuananı Qax rayonunda meşəlik sahədə yabanı halda yığdığını və qurudandan sonra satmaq niyyəti ilə Mingəçevir şəhərinə gətirdiyini bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI















