Mingəçevirdə 36 yaşlı şəxsi döyüb tanınmaz hala saldılar

Axşam saatlarında Mingəçevirdə döyülmə hadisəsi baş verib. Şəhərin N.Vəzirov küçəsi, ev 12, mənzil 17-də yaşayan 1981-ci il təvəllüdlü Muradov Əflatun Cəlal oğlu bir neçə nəfərlə mübahisə zəminində döyülərək ağır xəsarətlər alıb. Onun baş nahiyəsinə ağır daş vurulub, küt alətdən istifadə olunmaqla bədəninin müxtəlif hissələrinə zərbələr endirilib. Baş, üz və qarın boşluğu nahiyələrindən ağır xəsarətlər alan Əflatun Muradov təcili xəstəxanaya çatdırılıb. Üzü tanınmaz hala düşən və çoxsaylı bədən xəsarətləri alan Ə.Muradovun hazırda müayinə və müalicəsi davam edir.
Əldə olunan məlumata görə, yaralı döyülmə səbəbini müxtəlif şəkillərdə izah edib. O, gah söyüşə görə, gah da pula görə döyüldüyünü bildirib. Ə.Muradov hadisənin iş yoldaşları, dostları və hətta qohumunun da iştirakı ilə törədildiyini söyləyib. O, usta olduğu və fərdi qaydada çalışdığı deyib.
Faktla bağlı Mingəçevir şəhər Polis şöbəsində araşdırma aparılır.
Report
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












