Mingəçevirdə evləri sel basdı – FOTO

Ötən gecədən başlayaraq aramsız yağışlar Mingəçevir şəhərində fərdi yaşayış evlərinə sel sularının dolması ilə nəticələnib.
Avtosfer.az report-a istinadən xəbər verir ki, Yevlax Suvarma Sistemləri İdarəsinə məxsus Havarlı Suvarma kanalının daşması ilə Mingəçevirin Günəşli bağlar massivindəki həyətyanı evlər palçıq-lil içərisində qalıb. Sel nəticəsində sakinlərin evləri, həyətyanı sahələri, tərəvəzləri yararsız vəziyyətə düşüb.
Evlərin içərisini, zirzəmisini palçıqlı su basıb. Yaranmış palçıq topasını sakinlər gecə saatlarından təmizləməyə başlayıblar. Kanalizasiya xətləri palçıqla dolub. Mingəçevir Mənzil Kommunal Təsərrüfatı İstehsalatı Birliyinin əməkdaşları səhər saatlarından fəsadların aradan qaldırılması istiqamətində çalışırlar. Sel suları fərdi yaşayış evlərindən su motorları vasitəsilə çəkilib, həmçinin kanalların lildən təmizlənməsi işləri həyata keçirilib.

İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












