Marketdə ciddi nöqsan - 510 məhsulun vaxtı keçibmiş - FOTOLAR

Gündəm 24 Fevral 2026 19:21
Marketdə ciddi nöqsan - 510 məhsulun vaxtı keçibmiş - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Mingəçevir şəhəri, Xocalı küçəsi, ev 8 ünvanında fəaliyyət göstərən “Yusif” marketdə plandankənar yoxlama keçirilib.

Avtosfer.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, market fiziki şəxs Əliyeva Vəfa Razim qızına məxsus məxsus olub.

"Baxış zamanı ciddi qanun pozuntusu aşkarlanıb. Belə ki, müxtəlif əmtəə nişanlı, ümumilikdə 510 ədəd son istifadə müddəti bitmiş qida məhsulunun satışa çıxarıldığı müəyyən edilib.

Faktla bağlı sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Həmçinin, vaxtı keçmiş məhsulların satışının qadağan edilməsi, dövriyyədən çıxarılması və məhv olunması barədə müvafiq qərar qəbul olunub", - məlumatda qeyd olunub.

Image 1 of 3

Image 2 of 3

Image 3 of 3

Oxunub : 178
ŞƏRH YAZ
Ad

E-mail

Şərh