"Minik avtomobili istehsalı üçün vergi təşviqləri genişləndirilir" - Nicat İmanov

Azərbaycanda minik avtomobillərinin istehsalının stimullaşdırılması üçün vergi təşviqləri genişləndirilir.
Avtosfer.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, ölkədə avtomobil istehsalında müsbət dinamika var:
"Bu da ölkəyə əlavə investisiyanın qoyulması üçün vergi təşviqlərinin genişləndirilməsini zəruri edir. Bu baxımdan boya və qaynaq şərti ilə vergi güzəştləri verilməsi ölkədə əlavə dəyərin artırılmasına istiqamətlənib. Elektrikli avtomobillərin idxalı və satışının ƏDV-dən azad edilməsi avtobuslara nəzərən tətbiq ediləcək, minik avtomobillərinə münasibətdə isə vergi güzəştləri aradan qaldırılır. Əvəzində yerli avtomobillərin, o cümlədən elektrikli və hibrid avtomobillərinin istehsalı ƏDV-dən azad edilir".
Bundan başqa, vergi rəsmisi deyib ki, ictimai iaşə sektorunda nağdsız dövriyyənin stimullaşdırılması şəffaflığa xüsusi dəstək verir:
"Bu baxımdan nağdsız dövriyyə ilə aparılan əməliyyatlara vergi dərəcəsi 8 %-dən 6 %-ə endirilir. Bu da sahibkarları təşviq edəcəkdir ki, onlar müştərilərlə əməliyyatları nağdsız formada aparsın. İctimai iaşə sahəsində fəaliyyət göstərən ƏDV ödəyiciləri POS-terminalla əməliyyatlar apardıqda əldə edilən dövriyyənin 18 %-ni deyil, 9 %-ni dövlət büdcəsinə ödəyəcək".
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












