Minik maşını "KamAZ"a çırpıldı, sürücü öldü

Bakı - Quba yolunda sürücünün ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Avtosfer.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Xızı rayonunun Sitalçay kəndində Xaçmaz rayon sakini İlham Həbibov idarə etdiyi 27- BJ- 615 dövlət nömrə nişanlı “QAZ-3110” markalı avtomobilini qarşıda gedən Biləsuvar rayon sakini Mehman Talıbovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub. Qəza zamanı minik avtomobili deformasiyaya uğrayıb və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin əməkdaşları cəlb edilib. Xilasedicilər minik avtomobilində sıxılmış vəziyyətdə qalan 1971-ci il təvəllüdlü İlham Həbib oğlu Həbibovun cəsədini əzilmiş maşından çıxararaq məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinə təhvil verib.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Emin
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












