"Miss Aura Of Azerbaijan - 2023" milli gözəllik müsabiqəsinin ilk kastinqi baş tutdu - FOTO - VİDEO

"Hasbi Baku"da "Miss Aura Of Azerbaijan - 2023" milli gözəllik müsabiqəsinin seçmə mərhələsinin birinci turu start götürüb.
Avtosfer.az xəbər verir ki, kastinqə 18-27 yaşlarında olan xanımlar qatılıb. Münsif kürsüsündə təşkilati komitənin nümayəndələri, layihənin rəsmi portnyorları, keçmiş müsabiqələrin qalibləri yer alıb. Namizədlərin qiymətləndirilməsi zamanı onların tək xarici görünüşləri deyil, şəxsi keyfiyyətləri də nəzərə alınıb. Belə ki, iştirakçıların təhsil və mədəniyyət səviyyələri, eyni zamanda ünsiyyətçilik qabiliyyətləri və özlərini təqdim etmə bacarıqları münsiflər tərəfindən diqqətlə izlənilib. Seçim turunun 1-ci mərhələsinin nəticələri 2-ci kastinqdən sonra açıqlanacaq. İkinci kastinq oktyabrın sonu baş tutacaq.
Məlumat üçün bildirək ki, qalib model "Miss Aura İnternational"ın təşkil etdiyi yarışmaya qatılacaq. Yarışmada 50 ölkədən olan modellər iştirak edir. "Miss Aura İnternational"ın rəhbəri Adnan Şəkərdir.
Qeyd edək ki, yarışma “City Events Group”un təşkilatçılığı ilə həyata keçirilir. "Miss Aura of Azerbaijan-2023" gözəllik müsabiqəsinin Milli direktorları Xəyal Abdullayev və Tural Hüseyndir.
Tədbirin təşkilati dəstəkçiləri: "Carlton Travel" "Hasbi Baku", "Moon Group", "Bizon Energy", "Masa Klunariya", "İydə Parfumary", "Smart Control", "Kanatis".
İnformasiya dəstəyi isə Trend.Az, Milli.Az, Day.Az, Azernews.Az, Yeniçağ.Az, Big.Az, Sonxəbər.Az, Qaynarinfo.Az, Hit.Az, Star Xəbər, Magazinews.Az, Operativ24.Az, SƏS TV, Milliyol.Az, 32gün.az, Ann.Az, İctimai.Az, Doğru.Az, Alp.Az, Hökm.Az, Avtosfer.Az, Citynews.Az, Qanunla.Az, Xəbəral.Az, Haqq.Az və MediaBaku.Az saytlarına, MTV Azərbaycan kanalına və Space Tv-yə məxsusdur.
VİDEO: Müqabil Bebirxanov, Aqil Kazımoğlu
FOTO: Rauf Babayevdir.
Hit.Az





Zaur Əliyevlə yanaşı bu məmurlar da vəzifəsiz qalıb - SİYAHI
İstintaq sistemində yeni model - Vahid quruma keçid nəyi dəyişəcək?
Rusiya Ermənistandakı seçkilərdə müxalifətə dəstək verəcək? – Politoloq AÇIQLADI
Qəsəbədə yol salınandan bəri işıq dirəkləri işləmir – Kütləvi narazılıq var - VİDEO
Nömrənin itməsinin qarşısını necə alaq?
Bu gündən Azərbaycanda elektron siqaretlər qadağan olundu
Bu yolda sağa dönmək üçün qırıq xətlər əlavə olunacaq - Sürücülərə ŞAD XƏBƏR - VİDEO
AYNA-nın bəzi dayanacaqları niyə qıfıllanır? - SƏBƏB AÇIQLANDI - VİDEO
Bakı-İrəvan təyyarə reysləri açılır: Biletlər bu qiymətədir
Tramp İranla razılığa gəlinməsi mövzusunda yalan danışır? – Politoloq AÇIQLADI
Paytaxtın 16 küçəsində tıxac var - SİYAHI










