“Mişustinin İrəvana səfəri təsdiqlənərsə, bu, bizdə təəccüb doğuracaq” - Hikmət Hacıyev

Rusiyanın Baş naziri Mixail Mişustinin İrəvana gözlənilməz səfər etməsi barədə məlumat yayılıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu məlumatları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev şərh edib:
- Rusiyanın Baş naziri Mixail Mişustinin İrəvana səfər etməsi barədə məlumat var. İki ölkə arasında müharibə getdiyi bir şəraitdə Mişustinin bu səfəri nə məna daşıyır?
- Bu hal təsdiqlənərsə, bizdə təəccüb doğuracaq. Ermənistan və Azərbaycan arasında müharibə getdiyi bir şəraitdə Rusiyanın Baş nazirinin İrəvana səfəri sual doğurmaya bilməz. Həmsədr ölkələr neytral olmalıdır. İndiki şəraitdə hər hansı birtərəfli addımlar faydalı deyil. Bizdə öz tərəfimizdən kimin səfər etməsi məsələsini öyrənməyə çalışacağıq.
- Bundan bir neçə gün öncə Ermənistan Baş nazirini müavini hökumət təyyarəsi ilə Moskvaya səfər etmişdi. Bu da sual doğuran məsələdir. Hətta məlumat var ki, həmin mülki təyyarədə Ermənistana silah gətirilib.
- Bu məlumatı araşdırılması üçün aidiyyəti ünvanlara göndərəcəyik. Ümumiyyətlə, mülki təyyarələr vasitəsilə silah-sursatın daşınması Beynəlxalq Mülki Aviasiya Təşkilatının təlimatlarına və aviasiya təhlükəsizliyi qaydalarına köklü surətdə ziddir. Bu fakt öz təsdiqini taparsa, onda Ermənistanın rəsmi hökumət təyyarəsi ilə silah qaçaqmalçılığını həyata keçirdiyi, uçuş trayektoriyası üzrə tranzit ölkələrə düzgün məlumat vermədiyi kimi ciddi hallar ortaya çıxır.
Sahibkarlar niyə sığortadan qaçır? - Külə dönən milyonlar
Dövlət parklanma yaratmağa borclu deyil - Şəhəri iflic edən nədir? - VİDEO
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ










