Mixael Şumaxer müalicəsini Dallasda davam etdirəcək

Mixael Şumaxer müalicəsini Amerika Birləşmiş Ştatlarında davam etdirə bilər. Avtosfer.az-ın xəbərinə görə, bu barədə "Bravo" dərgisi məlumat yayıb. Bu ilin dekabrında yeddiqat dünya çempionunun Meribel dağ-xizək kurortundakı qəzasından dörd il ötür. 2013-cü ilin avqustunda idmançı, bir neçə aylıq komadan və Lozannanın reabilitasiya mərkəzində keçirdiyi vaxtdan sonra evinə qayıtmışdı. O gündən əfsanəvi pilotun sağlamlıq durumu barədə heç bir məlumat yoxdur.
Üç il müddətində Şumaxerin ailəsi onun müalicəsinə 16 milyon avro xərcləyib. Lakin şayiələrə inansaq, Mixaelin vəziyyəti dəyişilməz qalır. "Bravo" dərgisinin bildirdiyinə görə, Mixaelin həyat yoldaşı Korinna amerikalı həkimlərə müraciət edib və Mixaeli Dallasdakı kəllə-beyin zədəsi almış şəxsləri müalicə edən klinikaya köçürə bilərlər.
“Bizim zədə almış xəstələrlərə çalışmaq üzrə böyük təcrübəmiz var, - F1-i klinikanın rəhbəri Maks Biksdən sitat gətirib. – Avropada, bizim həkimlərin üzləşdiyi qədər, belə növ hadisələrlə məşğul olan heç bir klinika yoxdur”. ABŞ-da Şumaxerlərin rançosu olduğuna görə, bu köçürülmə o qədər də çətin olmayacaq.(autograph.az)
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












