“Monitorinqlər davam edir” - Ramiz Həsənov

“Bəzi iş adamlarından məhsulların keyfiyyəti ilə bağlı bizə şikayətlər daxil olur. Biz də bunu araşdırıb, mətbuata məlumat veririk”.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib: “Yanacaqdoldurma məntəqələri, ərzaq məhsullarının istehsalı və sairə sahələrlə bağlı mən demişdim. Şikayətlər hər bir sahədən olur”.
Hesablama Palatasının yoxlamalarında ən çox qanun pozuntusuna yol verən qurum kimi rəhbəri olduğu komitənin adının çəkilməsi barədə məlumatlara münasibət bildirən R.Həsənov bunları deyib: “Hesablama Palatası bizdə 2014-cü ildə yoxlama aparıb. O zaman heç bir pozuntu qeydə alınmayıb. Mən bilmirəm bu məlumatlar harada gedib, belə bir hal yoxdur”.
“Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yoxlamaları bərpa edəcəkmi” sualına cavab olaraq komitə sədri yoxlamaların dayandırılmadığını açıqlayıb: “Biz yalnız kütləvi formada olan yoxlamaları dayandırmışıq, monitorinqlər aparırıq.
Müəssisəni narahat etmədən bazarda monitorinq aparıb, olan nöqsanları aşkarlayıb, müvafiq tədbirlər görürük”.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












