Monqol ətini yerli məhsullardan bu üsullarla seçə bilərsiniz - VACİB TÖVSİYƏ

“Xaricdən gətirilən ətlərlə bağlı cəmiyyətdə ciddi narahatlıqlar var. Bir çox hallarda monqol ətinin dadı və qoxusunun yerli ətlə fərqlənməsi diqqət çəkir. Təbii ki, bu fərqlərin əsas səbəbi heyvanların böyüdüyü mühit, qidalanma qaydası və saxlanma şəraitidir”.
Bu fikirləri açıqlamasında qida məsələləri üzrə ekspert Asim Vəliyev səsləndirib.
“Monqolustanın çöllük ərazisi genişdir. Heyvanlar əsasən geniş çöllərdə sərbəst şəkildə otlayır, yabanı bitkilərlə qidalanır və daim hərəkətdə olur. Bu amillər ətin dadına birbaşa təsir edir. Nəticədə monqol ətində dad daha güclü, vəhşi və otlaq qoxusuna yaxın olur. Yerli ətə nisbətən daha aromatik görünə bilər. Bəzi istehlakçılar üçün bu dad və qoxu çox kəskin gəldiyi üçün fərq hiss olunur. Qoxunun güclü olması həm heyvanın qidalanması, həm də uzun məsafəyə daşınma zamanı saxlanma prosesləri ilə əlaqədardır.
Heyvanların sərt iqlimdə və daimi hərəkətdə olması ətin quruluşunda da özünü göstərir. Monqol ətinin lifləri daha sıx və bərk olur. Bu səbəbdən bişirilməsi yerli ətlə müqayisədə daha uzun çəkə bilər. Xüsusilə qızartma və şiş kabab kimi yeməklərdə fərq aydın hiss olunur. Digər fərq isə yağ tərkibi ilə bağlıdır. Sərbəst otlaqda böyüyən heyvanlarda piy az olduğu üçün monqol əti daha quru görünə bilər. Həmçinin bişirərkən əlavə yağ tələb edir”.
Ekspert vurğulayır ki, bu dad və qoxu xüsusiyyətləri sağlamlıqla bağlı deyil, əsasən təbii mühit, qidalanma və fiziki aktivlikdən irəli gəlir.
“Əsas diqqət edilməli məqam dini tələblərdir. İslam dinində ətin halal olması üçün kəsim zamanı “bismillah” deyilməsi və şəriət qaydalarına riayət olunması vacibdir. Monqolustan müsəlman ölkəsi olmadığı üçün orada kəsilən heyvanların böyük hissəsi bu tələblərə cavab vermir. Bu səbəbdən Monqolustan ətinin halal hesab olunması yalnız idxal zamanı təqdim edilən beynəlxalq sertifikatla mümkündür.
Soyuq zəncirə əməl olunması da mühüm amildir. Ət uzun məsafələrə daşındığı üçün dondurulma və saxlanma prosesində hər hansı pozuntu qoxu, dad və keyfiyyət dəyişikliklərinə səbəb ola bilər. Buna görə istehlakçılar idxal ətləri seçərkən həm sertifikasiyaya, həm də məhsulun vizual keyfiyyətinə diqqət etməlidirlər”./konkret.az
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Aprel ayı üçün maqnit qasırğalarının PROQNOZU
Suda qalan həmin BYD-nin son vəziyyəti: Usta "Fatihə"sini verdi - VİDEO
Bəzi yollarda duman olacaq, 300-800 metrədək ... - Sürücülərə XƏBƏRDARLIQ
Masazırda yol niyə çöküb? – Ekspert səbəbləri AÇIQLADI
Sərnişin və yük daşımalarına yeni qaydalar - Tələblər sərtləşdi
Nazirlər Kabineti yeni qərar qəbul etdi
Paytaxtın bu küçələrində tıxac var – SİYAHI - FOTOLAR
"Məsafəyə görə ödəniş modeli hələ müzakirə mərhələsindədir" - EKSPERT DANIŞDI
Zaur Əliyevlə yanaşı bu məmurlar da vəzifəsiz qalıb - SİYAHI
İstintaq sistemində yeni model - Vahid quruma keçid nəyi dəyişəcək?










