Monqolustana birbaşa uçuşlar həyata keçirəcəklər - Azərbaycandan

14-15 iyun tarixlərində Ulan-Bator şəhərində Azərbaycan ilə Monqolustanın aviasiya administrasiyaları arasında danışıqlar keçirilib. Avtosfer.az xəbər verir ki, bu barədə trend Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasına istinadən məlumat verir.
Dostluq şəraitində aparılmış danışıqların gedişində tərəflər "Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında Hava əlaqəsi haqqında Saziş" layihəsini razılaşdırıblar. İki ölkənin mülki aviasiya nümayəndə heyətləri həmçinin hava nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini, eləcə də Azərbaycan Respublikası ilə Monqolustan arasında müntəzəm uçuşların yerinə yetirilməsinin perspektivlərini müzakirə ediblər.
Nümayəndə heyətlərinin rəhbərləri danışıqların nəticəsi olaraq ölkələrimiz arasında müntəzəm sərnişin və yük reyslərinin yerinə yetirilməsi üçün əsas kimi götürüləcək müvafiq Protokolu imzalayıblar.
Danışıqlarda hər iki ölkənin aviaşirkətlərinin təmsilçiləri iştirak ediblər. Azərbaycan Respublikasının mülki aviasiya nümayəndə heyəti Ulan-Bator beynəlxalq hava limanının fəaliyyəti ilə tanış olub.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












