Banner

Monteneqroda sərbəst buraxılan Yaqub belə qarşılandı - VİDEO

Gündəm 31 Oktyabr 2025 14:41 Oxunub 158
Monteneqroda sərbəst buraxılan Yaqub belə qarşılandı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Monteneqronun paytaxtı Podqoritsada Türkiyə vətəndaşlarının da iştirak etdiyi iddia edilən bıçaqlı insident nəticəsində saxlanılan Azərbaycan vətəndaşı Yaqub Qurbanov sərbəst buraxılıb.

Avtosfer.az xəbər verir ki, İTV Y.Qurbanovun sərbəst buraxıldığı anın görüntülərini yayımlayıb.

Videoda həmyerlilərimizin Yaqubu sevinclə qarşılayaraq qucaqlamaqları yer alıb.

Qeyd edək ki, Monteneqro polisinin müşahidə kameralarına baxdığı və nəticədə, Azərbaycan vətəndaşının hadisə baş verərkən evdə olduğu məlum olub.

Xatırladaq ki, oktyabrın 25-i Monteneqronun paytaxtı Podqoritsada yerli sakinin bıçaqlanmasına görə saxlanılanlar arasında 31 yaşlı Azərbaycan vətəndaşı Yaqub Qurbanov da var idi.

 


ŞƏRH YAZ
Ad

E-mail

Şərh