Moped sürmək üçün sürücülük vəsiqəsi tələb olunacaq - VİDEO

Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsinin tələb olunması nəzərdə tutulur. Bununla bağlı "Yol hərəkəti haqqında" qanuna dəyişiklik təklif edilib. Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Avtosfer.az xəbər verir ki, hazırda ölkədə minlərlə vətəndaş moped və kiçik mühərrikli nəqliyyat vasitələrindən istifadə edir. Amma onların əksəriyyətinin nə sürücülük vəsiqəsi, nə də qeydiyyat sənədi var.
Yeni qanun layihəsinə əsasən, 3 aydan sonra moped idarə etmək istəyənlər A1 kateqoriyalı sürücülük vəsiqəsi almalı olacaq.
Həmçinin, bu nəqliyyat vasitələri dövlət qeydiyyatına götürüləcək.
Motosiklet və mopedlərlə yük daşınmasına da məhdudiyyətlər qoyulur. Yəni nəqliyyat vasitəsinin uzunluğunu və ya enini 0,5 metrdən artıq keçən yük daşımaq qadağan ediləcək.
Nəqliyyat üzrə ekspert Yasin Mustafayevin sözlərinə görə, bu qərar təhlükəsizlik baxımından vacib addımdır. Çünki bir çox hallarda moped sürücüləri nə özlərinin, nə də digərlərinin təhlükəsizliyini nəzərə alır.
Ekspertin sözlərinə görə, qayda pozuntuları, əks yola çıxma halları və yüklərin normadan artıq daşınması tez-tez baş verir. Yeni yanaşma bu problemlərin qarşısını almağa hesablanıb.
Beləliklə, yeni qaydalar həm təhlükəsizlik, həm də intizam baxımından mühüm yeniliklər gətirəcək.
Qanun layihəsi təsdiqlənsə, 2026-cı ilin əvvəlindən moped idarə etmək vəsiqəsiz mümkün olmayacaq.
Ramazan ayının iyirmi üçüncü gününün duası - İmsak və iftar vaxtı
Prezidentin sosial şəbəkə hesablarında XIII Qlobal Bakı Forumundan paylaşım edildi - VİDEO
Çin şirkətindən yeni kəşf; batareyalar 5 dəqiqəyə 70% dolacaq - RƏSMİ
Azərbaycanda benzin bahalaşacaq? - AÇIQLAMA
Paytaxtda bu yollarında tıxac var - SİYAHI
İranın Hörmüz boğazına nəzarəti dünya iqtisadiyyatını riskə atır? - ARAŞDIRMA
Tərbiyə məqsədilə uşağı döyən valideyn və müəllimlər cərimələnəcək - MƏBLƏĞ BİLİNDİ
ABŞ-İsrail-İran münaqişəsində nüvə silahı istifadə edilsə nə baş verər? - Ekspert AÇIQLADI
Bu ödənişlərə komissiya gəlir - Pulunuz TUTULACAQ - FOTO
Prezidentdən neftin bahalaşması ilə bağlı AÇIQLAMA
Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı










