Moped və motosikletlərlə bağlı yeni qaydalar qəbul edildi - Nələr dəyişəcək? - SORĞU - VİDEO

Ötən il respublika yollarında motosiklet və moped sürücülərinin təqsiri ucbatından ölüm və xəsarətlə nəticələnən 43 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş Dövlət Yol Polisi İdarəsinin təqdim etdiyi statistikaya əsasən, həmin hadisələr nəticəsində 12 nəfər həyatını itirib, 36 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb.
Avtosfer.az xəbər verir ki, moped və motosiklet sürücülərinin bəzilərinin törətdiyi qayda pozuntuları və yaranan ümumi neqativ hallarla bağlı Milli Məclisdə ötən il müzakirələr keçirildi. Nəticədə moped və motosiklet sürücülərinə sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinə qeydiyyat nişanı tələbi irəli sürüldü. Qərar ötən ilin dekabr ayında verildi və bu ilin mart ayından etibarən tətbiq edilməsi qəbul olundu.
Mart ayından etibarən isə artıq moped və motosikletləri idarə etmək üçün A1 kateqoriyalı sürücülük vəsiqəsi, dövlət qeydiyyatı və nömrə nişanı məcburi olacaq. yeni qərara əsasən, kaska taxmaq tələbi qüvvədə qalır, ölçüləri 0,5 metrdən artıq kənara çıxan yüklərin daşınmasına isə icazə verilməyəcək. Eyni zamanda yalnız yolun sağ zolağı ilə hərəkət etmə məhdudiyyəti ləğv olunur.
Mütəxəssislər dəyişiklikləri son illər moped və motosikletlərin iştirakı ilə baş verən ağır qəzalarla əlaqələndirirlər. Bəs yeni qaydalar yollardakı vəziyyəti nə dərəcədə dəyişəcək? Həm piyadalardan, həm də nəqliyyat vasitələrinin idarəçilərindən soruşduq.
Səfər
Pezeşkian bu gün üzr istəyir, sabah İran yenə qonşularına dron hücumu edir - POLİTOLOQ
ABŞ-İsrail qüvvələri açıqladıqlarının əksinə, İranı niyə məğlub edə bilmir? – Ekspertlər ŞƏRH ETDİ
Prezident pensiyalarla bağlı QANUNA DƏYİŞİKLİK ETDİ
36 ildir Prezidentin təhlükəsizliyini təmin edir - Bu gün yubileyidir
Ramazan ayının iyirminci gününün duası - İmsak və iftar vaxtı
Prezident İlham Əliyev Türkiyəyə raket hücumunu qınadı
"Türkiyəyə raket hücumunu qətiyyətlə pisləyirik" - Azərbaycan MN
Sovet Azərbaycanında 8 Mart təbliğatı - FOTOLAR
Ramazan ayının on doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib
Taksi sürücüləri çətin hava şəraitində qiymətləri qaldıra bilməyəcəklər – Nazirlik qadağan etdi










