Moskva aeroportundan Azərbaycana aviareyslər yerinə yetiriləcək

2017-ci ilin yazından etibarən Rusiyanın paytaxtı Moskvada yerləşən "Jukovski" hava limanından Avropa və Asiyaya aviareyslərin yerinə yetirilməsinə başlanacaq. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, bunu "İzvestiya" qəzetinə müsahibəsində "Ramport" (hava limanının inkişafına cavabdeh olan) şirkətinin baş direktorunun müavini Yevgeni Solodilin bildirib. Onun sözlərinə görə, ilkin prioritet istiqamətlər kimi Bakı, Tel-Əviv, İstanbul və Antalya şəhərləri götürülüb. "Biz yalnız MDB ölkələrinə deyil, eyni zamanda Avropa və Asiya ölkələrinə də uçmağa başlayacağıq. Tədricən biz uçuş coğrafiyamıza Bakı, Tel-Əviv, İstanbul kimi istiqamətləri əlavə edəcəyik. Aprel-may aylarından etibarən isə Antalyaya aviareyslər yerinə yetiriləcək", - deyə o bildirib.
Y.Solodilin əlavə edib ki, adıçəkilən hava limanından Türkiyəyə uçuşları "Pegasus" aviaşirkəti yerinə yetirəcək. Şirkət İstanbul və Antalyaya həftədə 7 dəfə uçacaq.
Baş direktorun müavini bildirib ki, hazırda Macarıstanın "Wizz Air" şirkəti daxil olmaqla bir sıra xarici daşıyıcılarla danışıqlar aparılır.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












