Moskva, Bakı və Tehran nəqliyyat dəhlizi layihəsini hazırlamağa başlayır

"Rusiya, İran və Azərbaycan Xəzərin qərb sahilində nəqliyyat dəhlizinin yaradılması haqqında konkret layihə danışıqlarının başlaması barədə razılıq əldə ediblər".
Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, bu barədə açıqlamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov verib.
O, qeyd edib ki, Bakı görüşü zamanı əməkdaşlığın maddi sahəsinə aid olan məsələləri müzakirə etdik. "Belə razılaşdırq ki, bizim müvafiq qurumlar nəqliyyat dəhlizi layihəsinin reallaşması üçün akpektlərin işlənməsi barədə işə başlasın. Bura nəqliyyat nazirlərinin iştirakı ilə iş daxildir. Bu zaman layihənin texniki, maliyyə parametrləri baxılmalıdır".
S. Lavrov bəzi layihələrin maliyyə tərəfləri ilə bağlı da müzakirə apardıqlarını deyib: "Qərara gəldik ki, müvafiq qurumlar bu istiqamətdə danışıqlar aparıb, razılaşmalar əldə etsin. Buraya nəqliyyat, gömrük, su xətləri və digər sahələr də daxildir. Həmkarlarım da turizm və biznes sahəsində çalışanların üçtərəfli görüşlərində maraqlıdırlar".
Lavrov bildirib ki, görüşdə təhlükəsizlik, siyasi, iqtisadi, energetika, nəqliyyat və digər məsələlər istiqamətində əməkdaşlıq müzakirə olunub.
"Terrorizm, qaçaqmalçılıq kimi məsələlərlə birgə mübarizə aparmağın tərəfdarıyıq. Azərbaycanla bu sahədə əməkdaşlığımız var, amma düşünürük ki, bu, üçtərəfli formatda daha effektiv olacaq".
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA










