Moskva hava limanlarından 109 reys təxirə salınıb

Moskva və Moskva bölgəsinə iki gün ərzində bir ayın normasından artıq yağıntı düşüb. Moskva meteorologiya şöbəsinin məlumatına əsasən, qar küləklə müşayiət edilir. Rusiya paytaxtında sonuncu dəfə belə güclü qar 60 il əvvəl –1957-ci ildə qeydə alınıb.
Oxu.az xəbər verir ki, güclü qar yağışı hava reyslərinin ləğv olunmasına və yaxud təxirə salınmasına gətirib-çıxarıb. Nəticədə 109 reys təxirə salınıb, 24 reys ləğv olunub.
Belə ki, “Vnukovo” hava limanında 5, “Şevremetov”da 56, “Domodedov”da isə 48 reys təxirə salınıb, 24 reys ləğv olunub. Rusiyanın paytaxtından Bakıya uçuşların vəziyyəti ilə maraqlandıq.
AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski reyslərin cədvəlində dəyişiklik olmadığını bildirdi: “Kəskin hava şəraiti ilə əlaqədar dünən “Vnukovo” hava limanından Bakıya aviareys yubanmışdı. Bu da hava şəraiti ilə bağlı olmayıb. Səbəb sərnişinlərin gecikməsi idi”.
Məlum olub ki, Moskva-Bakı uçuşları tam qrafik üzrə aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












