Moskva prospekti bağlanacaq

Bakının Moskva prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Avtosfer.az xəbər verir ki, bu barədə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Onun sözlərinə görə, yol ərazidə aparılacaq təmir işləri ilə əlaqədar bağlanacaq:
"Aparılacaq təmir işləri və yüksək gərginlikli elektrik xətlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq, 18 və 19 yanvar tarixlərində gecə saat 01:00-dan 03:00-a qədər Moskva prospektində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. Məhdudlaşdırma həm əsas yolda (tunel), həm də köməkçi yollarda (Şamaxinka) tətbiq ediləcək".
A.Nəcəfli bildirib ki, aparılacaq qısamüddətli təmir işləri zamanı sürücülər alternativ olaraq Bakı Dairəvi-1 avtomobil yolundan və ya Biləcəri qəsəbəsinin əsas yolundan istifadə edərək şəhərə daxil ola bilərlər: "Yarana biləcək narahatlığa görə “Azəravtoyol” ASC vətəndaşlardan üzr istəyir".
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












