Moskvada metroda iki qatar toqquşub: Yaralılar var - FOTO - VİDEO - YENİLƏNİB

Moskva metropolitetində qəzaya uğrayan qatarlardan biri (boz rəngdə olan Yauza) muzey eksponatı imiş.
Avtosfer.az xəbər verir ki, bu modeldən olan bütün vaqonlar istismardan çıxarılıb vəı metal tullantısı kimi doğranıb. Bu gün qəzaya uğrayan qatar isə Moskva Nəqliyyat Muzeyinə təhvil verilmək üçün saxlanmışdı.
Qeyd edək ki, Avtovaz şirkətinin 90-cı illərdə layihələndirdliyi bu metro qatarı tez tez sıradan çıxdığı üçün maşınistlər onu “Yauza” deyil, “Yazva” (irinli yara) adlandırırdılar.
***
Rusiya paytaxtının metropoliteninin “Peçatniki” stansiyasında iki qatar toqquşub.
İlkin məlumata görə, iki nəfər yaralanıb. Onlardan biri qatarın ön hissəsində sıxılıb qalan maşinistdir.
Təcili yardım xidmətləri hadisə yerindədir.
Sosial şəbəkələrdə qəzanın görüntüləri yayılıb.
oxu.az













