Moskvanın yeni aeroportundan Bakıya uçuşlar başlayır

Rusiyanın "Pegas Fly" ("İkar") aviaşirkəti iyulun 27-dən Moskvanın yeni "Jukovski" beynəlxalq hava limanından Bakıya reyslər həyata keçirəcək. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, şirkət "Jukovski" - Bakı müntəzəm sərnişin reyslərini yay cədvəlinin sonunadək - oktyabrın 29-na qədər həftədə iki dəfə yerinə yetirəcək. Cümə axşamı Moskvadan uçuş yerli vaxtla saat 10:45, Azərbaycan paytaxtına çatma Bakı vaxtı ilə saat 15:00-da, Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş isə saat 16:15, "Jukovski"yə çatma 18:10-da icra olunacaq.
Həftənin bazar ertəsi və şənbə günləri təyyarə Moskvadan saat 08:10-da hava qalxıb saat 12:25-də təyinat yerinə çatacaq. Geriyə isə 13:40-da istiqamət alıb saat 15:35-də Rusiya paytaxtına çatacaq.
Uçuşlar "Boeing-767" təyyarələrində yerinə yetiriləcək.
Bundan əvvəl reyslərin martın 14-dən həyata keçirilməsi nəzərdə tutulurdu.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












