Mövsümün son yarışı keçirilib - FOTO

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib. Yarışda müxtəlif klub və cəmiyyətlərin 50-dən artıq idmançısı iştirak edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Federasiyadan Trend-ə verilən məlumata görə, qızların mübarizəsində ilk 3 pillədə 8 saylı Olimpiya İdman Məktəbinin velosipedçiləri qərarlaşıblar - Viktoriya Sidorenko 1-ci, Ayan Xankişiyeva 2-ci, Elfanə Camalova isə 3-cü yeri tutub.
15 yaşadək oğlanların yarışı Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin üzvü Nikita Sıtovun qələbəsilə yekunlaşıb. Onun komanda yoldaşı Natiq Maydarov 3-cü olub. 2-ci yerdə isə 8 saylı Olimpiya İdman Məktəbinin təmsilçisi Vəli İbrahimov qərarlaşıb.
U-17 yaş kateqoriyasında Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin yetirməsi İvan Orlov hamını qabaqlayıb. Adı çəkilən məktəbin digər üzvləri Nicat Bağırov 2-ci, Qadir Mustafayev 3-cü, Osman Qəhrəmanov isə 4-cü olub.
Və nəhayət, Gənclər, U-23 və Elit kateqoriyasında fəxri kürsünün ilk 3 pilləsinə 8 saylı Olimpiya İdman Məktəbinin velosipedçiləri Maksim Naperstkov, Mikayıl Səfərli və Kənan Qəhrəmanlı qalxıblar. Qalib və mükafatçılar qiymətli hədiyyələr və pul mükafatı ilə təltif ediliblər.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
















