“Moyka”dan oğurluq edən şəxs yaxalandı - Göyçayda

İyunun 21-də Göyçay rayonunda yaşayan Məzahir Həsənov Rayon Polis Şöbəsinə müraciət edərək iyunun 16-da ona məxsus avtomobillərin yuyulması məntəqəsindən oğurluq olması barədə məlumat verib.
DİN-dən Avtosfer.az-a verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə gələn əməliyyat qrupu müvafiq araşdırmalarla oradan qaynaq aparatı, müşahidə kamerasının yaddaş bazası, 1 ədəd krosna antenna aparatı və 12 manat pulun oğurlanmasını müəyyən edib.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Polis əməkdaşları əməliyyat yolu ilə oğurluğun Orxan adlı şəxs tərəfindən törədilməsi barədə məlumat əldə ediblər. Rayonun Qaraman kənd sakini, əvvəllər məhkum olunmuş Orxan Mustafayev şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Ətrafında aparılan tədbirlərlə o, oğurluğu törətdiyini etiraf edib. İstintaq-əməliyyat tədbirləri ilə O.Mustafayevin ötən ilin noyabr və dekabr aylarında rayon ərazisindəki iki mağazadan ümumilikdə 600 manat pul və 260 manat dəyərində tütün məmulatları oğurlaması da müəyyən edilib.
Hazırda istintaq tədbirləri davam etdirilir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












