"Moyşiki" öldürənin məhkəməsi başladı - Ana söyüşünə görə

Ana söyüşünə görə "moyşiki" qətlə yetirməkdə təqsirləndirilən Laçın Teymurovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Avtsofer.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı yanvarın 10-a təyin edilib.
Qeyd edək ki, hadisə bu il sentyabrın 11-də Xətai rayonunda baş verib. Füzuli rayon sakini L.Teymurov münaqişə zəminində Bakı şəhər sakini Fərid Məmmədova bıçaqla xəsarət yetirib və hadisə yerini tərk edib. F.Məmmədov hadisə yerində ölüb. Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində L.Teymurov tutulub. L. Teymurob ilkin ifadəsində qətlin ana söyüşü üstündə baş verdiyini deyib. Belə ki, L.Teymurov avtomobili ilə F.Məmmədovun çalışdığı avtoyuma məntəqəsinə daxil olub. Zarafat zamanı F.Məmmədov L.Teymurovun anasını təhqir edib. Bir neçə saat sonra L.Teymurov digər dostlarını çağırıb və F.Məmmədovun yaşadığı ünvana gedib. Yenidən yaşanan mübahisə zamanı tərəflər əlbəyaxa olublar. Dava zamanı L.Teymurov F.Məmmədova bir neçə bıçaq zərbəsi vuraraq onu qətlə yetirib.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










