MTK-ların yığdığı "komendant pulu" hara xərclənir? - VİDEO

Çoxmərtəbəli binalarda sakinlərdən yığılan "komendant pulu", yaxud "jek pulu"nun məbləği ilə xidmətin keyfiyyəti arasında tərs mütənasibliyin olduğu deyilir.
Bakı sakinləri deyirlər ki, mənzildə yaşayıb-yaşamamağından asılı olmayaraq, müəyyən olunan məbləğin ödənilməsi tələb edilir. Lakin çox zaman MTK işçiləri tərərfindən yığılan pullarla göstərilən xidmətlər tərs mütənasiblik təşkil edir. Yəni yığılan pulun məbləği yüksək, xidmətin keyfiyyəti isə aşağıdır.
Bəs binalarda 15-80 manat aralığında yığılan pullar hara xərclənir, yaxud bina sakinlərinin belə bir öhdəliyi varmı?
Əmlak məsələləri üzrə ekspert Mülkədar Rüstəmov bildirib ki, qanunla bu proses bir qədər fərqlidir. Mütəxəssisin fikrincə, hazırda MTK-lar hüquqi boşluqlardan istifadə edib vətəndaşlardan xeyir güdmək üçün çalışırlar. Onun sözlərinə görə, ödənişlər nağdsız olarsa, bununla da MTK-lara nəzarət asanlaşacaq.
Qeyd edək ki, təkcə Bakı və Abşeron ərazisində 2000-dən artıq yeni tikilmiş çoxmənzilli yaşayış binası vətəndaşların istifadəsinə verilib. Hətta bu binalarda ödənişin nağdsız formada həyata keçirilməsi ilə bağlı xeyli müzakirələr də aparılıb.
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO










