Mübariz Mənsimov gəmilərini QAYTARIR

Azərbaycanlı iş adamı Mübariz Mənsimov hüquqi yollara baş vurduqdan sonra şirkəti “Palmali”yə aid olan 4 gəmisini geri ala bilib. Belə ki, Maltada qeydiyyatda olan gəmilər, haqqında cinayət işi açılan Alaatdin Aykaç tərəfindən mənsimsənilsə də məhkəmə bunu qanunsuzluq kimi dəyərləndirib və onların sahibinə qaytarılması barədə hökm çıxarıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Hüriyyet” qəzeti məlumat yayıb. Qəzetin “Mübariz Mənsimov eski CEO” un peşini bırakmıyor” manşetli yazısında verilən məlumata görə, “Palmali” şirkətindəki baş direktor vəzifəsindən qovulan Alaatdin Aykaç artıq dalana dirənib.
Qəzetin yazarı Dinçer Gökçenin araşdırmasına görə, azərbaycanlı iş adamının sahibi olduğu şirkətdə yüksək vəzifə tutan Alaatdin Aykaç və digər məsul şəxs Fatih Berber haqqında Türkiyə, Malta və Londonda 5 ayrı-ayrı iddialarla məhkəməyə müraciət olunub. Yeni başlanan proseslərdən birini Aykaç artıq uduzub. Söhbət yuxarıda qeyd olunan 4 gəmidən gedir.
Bundan əlavə, yazıda məhkəmə proseslərindən daha birinə yer verilib. İddiaya görə, Alaatdin Aykaç bütün bu məbləğləri vaxtı ilə çalışdığı şirkətdən, “Palmali”dən oğurlayıb gizli yaratdığı şirkətin hesabına köçürüb. Həmçinin Türkiyə Futbol Federasiyasında vəzifə daşıyan Alaatdin Aykaçın Serbiya vətəndaşlığına keçdiyinə görə vəzifəsinə son veriləcəyi qeyd olunub.
Vurğulanır ki, Alaatdin Aykaç və Fatih Berberin Mübariz Mənsimova vurduğu maddi ziyanlar məhkəmə yolları ilə geri ödəniləcək.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












