Mübariz Mənsimovun tankerində FACİƏ: 1 ölü, 3 yaralı

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovun “Palmali” şirkətlər qrupuna məxsus tankerdə zəhərli qazdan kütləvi zəhərlənmə baş verib və bir heyət üzvü ölüb. Avtosfer.az-ın məlumatına görsə, bu barədə virtualaz.org saytının yaydığı xəbərdə deyilir. Xəbərə görə, daha 3 heyət üzvü xəstəxanaya yerləşdirilib. Hadisə İtaliyanın Vasto limanı istiqamətində baş verib. İtaliya mənbələrinin yaydığı xəbərə görə “Palmali Shipping” şirkətinə məxsus, Rusiya bayrağı altında üzən “Araz River” tankeri Vasto limanını tərk edəndən sonra ekipaj üzvlərindən üçü göyərtədə təmizləmə işləri aparıblar. Bu zaman kimyəvi maddələrdən istifadə olunub və toksik qazların ətrafa yayılması nəticəsində bir ekipaj üzvü yerindəcə keçinib. Qalan ikisi isə ağır vəziyyətdə xəstəxanaya aparılıb. İnsidentin dənizin məhz hansı rayonunda baş verdiyi məlum deyil, lakin baş verənlərdən sonra tanker yenidən Vasto limanına geri qayıdıb.
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?












