Müdafiə Komitəsi: "Rusiya təyyarəsində terror aktı versiyası istisna edilir"

Rusiyanın Müdafiə Nazirliyinə məxsus "Tu-154" tipli təyyarənin qəzaya uğramasına ya texniki nasazlıq, ya da pilotun səhvi səbəb ola bilər, terror aktı istisna edilir.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Viktor Ozerov bildirib.
"Mən terror fərziyyəsini tamamilə istisna edirəm. Müdafiə Nazirliyinin təyyarəsi, Rusiyanın hava məkanı, burada belə fərziyyə ola bilməz", - deyə Ozerov qeyd edib.
Onun fikrincə, baş verən hadisə ilə bağlı iki fərziyyə var – ya təyyarənin texniki nasazlığı, ya da pilotun səhvi.
"Təyyarə havaya qalxdıqdan sonra dəniz üzərində dönmə əməliyyatı etməli idi, ola bilsin ki, lazımi trayektoriyaya çıxa bilməyib", — deyə senator əlavə edib.
Rusiya Müdafiə Nazirliyinə məxsus "Tu-154" təyyarəsinin gövdəsinin qalıqları Soçi şəhərinin Qara dəniz sahillərindən 1,5 km. aralıda, dənizin 50-70 metr dərinliyində aşkar edilib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












