"İranın hücum aktları cavabsız qalmayacaq" - Müdafiə Nazirliyindən BƏYANAT

"5 mart tarixində İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastrukura hücum aktları həyata keçirilib". Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib. Qeyd olunub ki, pilotsuz uçuş aparatlarının texniki parametrləri və bu hücumların təfərrüatları araşdırılır: "Azərbaycan Respublikası Müdafiə Nazirliyi hər hansı hərbi zərurət olmadığı halda, İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən ölkəmizin ərazisində mülki infrastruktura qarşı törədilən hücumları qəti şəkildə pisləyir. Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür.
Azərbaycan Respublikası Müdafiə nazirliyi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır və bu hücum aktları cavabsız qalmayacaq".
Naxçıvan aeroportunun uçuş-eniş zolağına da zərər dəyib - FOTOLAR
Dron hücumu nəticəsində xəsarət alanlardan birinin kimliyi bilindi - FOTOLAR - YENİLƏNİB
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın VİDEOsu
İran dronları Naxçıvanı belə vurdu - Anbaan VİDEO
Ceyhun Bayramov İranın Azərbaycana dron hücumlarından danışdı
Alverçilər parkinqi zəbt etdi; bloger maşınını yolun ortasında saxlamalı oldu – ŞİKAYƏT - VİDEO
İran Naxçıvana dronla zərbələr endirib - Molla rejimi iç üzünü göstərdi - VİDEO
Ramazan ayının on beşinci gününün duası - İmsak və iftar vaxtı
Yaxın Şərqdəki müharibə Azərbaycanda radiasiya riski yaradır? - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti bahalaşdı; qiymət artını nə vaxta qədər davam edəcək? – Ekspert AÇIQLADI
Rusiya və Çin İrana müharibədə niyə dəstək vermir? – Politoloq səbəbləri AÇIQLADI










