Müəllimə də, müğənni də cərimə edilib: DYP-dən AÇIQLAMA

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov müğənni Nura Suri və BDU-nun müəllimi Sevinc Əliyevanın maşınının cərimə meydançasına aparılmasına, onlardan birinin cərimə ödəmədən orani tərk etməsinə münasibət bildirib. Onun sözlərinə görə, Yasamal rayonunda dayanmaq qadağındır nişanının tələbini pozduğu üçün 90 ... 423 dövlət nömrə nişanlı “Hyunday i20” markalı avtomobil duracağa aparılıb. Həmin avtomobilin sürücüsü Əliyeva Sevinc İsrafil qızı həqiqətən də məsuliyyətə cəlb edilərək barəsində İXP 1309045 saylı protokol tərtib edilib.
“Eyni zamanda Nəsimi rayonu Süleyman Rəhimov və Feyzulla Qasımzadə küçələrinin kəsişməsində 90 ... 006 dövlət nömrə nişanlı “Porshe” markalı avtomobil də dayanma-durma qaydalarını pozduğu üçün duracağa aparılıb.
Sevinc xanımın iddiası doğru deyil. Çünki Suri Aynurə Qəzənfər qızı adına da KYP 643679 saylı protokol tərtib edilib.
İndi müğənni Nura Surinin cəriməni ödəyib-ödəməyəcəyi onun məsuliyyətidir".
V. Əsədov bir daha qeyd edib ki, hər iki xanımın pozduğu qayda eyni statusludur və hər ikisinə yuxarıda nömrələri göstərilmiş protokollar yazılıb: "Bununla bağlı deyilənlərin əsası yoxdur. Çünki hər ikisinə cərimə yazılıb. Görüntülər və səs yazısı da təsdiq edir ki, orada heç bir təhqir və qanunsuz hərəkət olmayıb".
Orxan
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










