Müəllimi güllələyən şagird terrorçunu “kumir” seçibmiş?

Bakıda “İdrak” liseyində müəllimini güllələyən şagirdə məxsus olduğu iddia edilən “TikTok” paylaşımları sosial şəbəkələrdə yayılıb.
Avtosfer.az xəbər verir ki, sözügedən “TikTok” hesabındakı “repost”ların böyük əksəriyyəti 2018-ci ildə Krımda Kerç Kollecinə hücum edən Vladislav Roslyakovla bağlıdır.
Qeyd edək ki, hücumda azı 19 nəfər ölüb, onlarla şəxs yaralanıb. Belə ki, kollecin 18 yaşlı tələbəsi əvvəlcə həmyaşıdlarına atəş açıb, sonra isə özünü öldürüb.
Xatırladaq ki, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində silahlı insident baş verib. Liseyin 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov tüfəngini çantasında təhsil müəssisəsinə gətirib. O, riyaziyyat müəllimi 1997-ci il təvəllüdlü Şəhla Kamilovaya sinif otağında atəş açaraq onu yaralayıb. Şagird artıq həbs edilib.
Əlavə edək ki, şagird hadisədən bir müddət əvvəl sosial şəbəkələrdə şiddət, silahla bağlı məzmunlar paylaşan onlayn oyun və qruplarda fəal olub. Məktəb rəhbərliyi müxtəlif oyunlar oynaması ilə bağlı dəfələrlə şagirdin ailəsini xəbərdar edib.
Şagird silahla bağlı paylaşımları digər uşaqlarla birgə olduğu qruplarda da edib, lakin bu mesajlar onun yaşıdları tərəfindən ciddi təhlükə kimi qəbul olunmayıb./qafqazinfo
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO












