“Müəllimlər və şagirdlər üçün ictimai nəqliyyat ödənşsiz olsun” – TƏKLİF

“Bir neçə gün əvvəl gənclər və idman naziri Fərid Qayıbov işə piyada gəldi, ictimai nəqliyyatda olan problemə diqqəti çəkdi. Bakıdakı tıxacların qarşısını almaq üçün bir alternativ təklif etdi”.
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev bildirib.
Deputat qeyd edib ki, artıq tıxaclar günün bütün hissələrində var: “Ümid edirəm ki, digər nazirliklər, məmurlar, dövlət qurumları da bu aksiyaya qoşulacaqlar. Ancaq etiraf edək ki, pik saatlarda nə metrodan, nə də ictimai nəqliyyatdan istifadə etmək mümkün olur. Mən şəxsən cəhd etdim. Ancaq əvvəllər saat 8-9-da çətin idisə, indi saat 10-da belə metroda yer tapmaq çox çətin oldu, 3-4 vaqon buraxmalı oldum. Məsələyə ciddi yanaşmaq lazımdır. Nəzərə almaq lazımdır ki, Bakıda insanların sayı artıb. Əvvəlki rejimlə metronun və ya ictimai nəqliyyatın işləməsi bu problemi həll edə bilməz”.
Deputat qeyd edib ki, tıxacların səbəbi məktəblərdir: “Məktəblərdə payız tətili zamanı Əhmədlidən şəhərin mərkəzinə 15 dəqiqəyə gəlməyin mümkünlüyünün şahidi olmuşam. Birbaşa olaraq tıxac məhz məktəb və məktəbdə təhsil alan şagirdlərimizlə bağlıdır. Çünki hər evdən bu uşaqları məktəbə gətirmək üçün bir avtomobil çıxır. Təklif edirəm ki, məktəblilər və müəllimlər üçün ən azı gündə iki dəfə ictimai nəqliyyat pulsuz olsun. İctimai nəqliyyatda da avtobusların sayı artırılmalıdır”.
Ramazan ayının iyirminci gününün duası - İmsak və iftar vaxtı
Prezident İlham Əliyev Türkiyəyə raket hücumunu qınadı
"Türkiyəyə raket hücumunu qətiyyətlə pisləyirik" - Azərbaycan MN
Sovet Azərbaycanında 8 Mart təbliğatı - FOTOLAR
Ramazan ayının on doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib
Taksi sürücüləri çətin hava şəraitində qiymətləri qaldıra bilməyəcəklər – Nazirlik qadağan etdi
Hökumətdən nüvə təhlükəsi ilə bağlı addım – QƏRAR İMZALANDI
İranın məşhur generalı İsrailə qaçdı
BƏƏ ilk dəfə İrana zərbə endirib
Fransızları qabaqlayan azərbaycanlı qadın - FOTOLAR










